"Bəli, Milli Şura ötən bir il ərzində bir çox "uğurlar"a imza atdı. Hətta çox böyük "uğurlar"ı oldu". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şura rəyhbərliyinin qurumun yaranmasının son bir ilində bir çox uğurlara imza atmalarına münasibətini açıqlayarkən deyib.ASDP sədri bildirib ki, məhz həmin "uğurlar"ın nəticəsində qurum rəhbərliyi özünü kifayət qədər ifşa edib: "Məsələn, Cəmil Həsənli çevrildi oldu Coni və başladı boğuşmağa. Sonra da Cəmil Həsənli döndü oldu Məşədi İbad. Başladılar onu hamamdan çıxarmağa. Əli Kərimli bir tərəfdən, İsa Qəmbər də o biri tərəfdən qoluna girib mitinqə gedirdilər. Beləliklə, bunlar hamadan çıxıb mitinqə getdilər və sübut etdilər ki, xalq qarşısında heç bir nüfuzları-filanı yoxdur. Sonra da bəlli oldu ki, bunların debatlarda da danışmağa heç bir sözləri yoxdur, proqramları yoxdur və s. Təbii ki, bunların hamısı çox böyük uğurlardır. Yəni həmin uğurların nəticəsidir ki, bu gün də cəmiyyət qarşısında özlərini kifayət qədər ifşa etməkdədirlər".
sia.az