PDF Oxu

Siyasət

  • 21

Malik Həsənov: "Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir"

Malik Həsənov: "Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir"

"İnsan haqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamına əsasən 171 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edliməsi onlarla ailənin sevincinə səbəb olub". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Malik Həsənov ölkə başçısının əfv Sərəncamına münasibətini bildirərkən deyib. "Bu Sərəncamla ölkə başçısı Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətini növbəti dəfə sübut etdirdi"-deyə qeyd edən millət vəkili onu da bildirib ki, insanlıq, humanizm, hər şeydən əvvəl, insana qayğı, ona həssas münasibət bəsləmək, insan ləyaqətinə hörmət etmək deməkdir: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik" söyləyən Ulu Öndər Heydər Əliyev insan hüquqlarının qorunmasını və müdafiəsini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxladı. O bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar".Malik Həsənov Prezident İlham Əliyevin də bir kəlamını xatırladaraq bildirib ki, bu gün cəmiyyət bütün azadlıqlardan istifadə edir: ""Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" söyləyən Prezident İlham Əliyev eyni zamanda bu fikri önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. Onu da vurğulamaq istərdim ki, demokratik prinsipləri bu gününün və gələcəyinin əsası kimi qəbul edən dövlətimizin 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan, əsasən demokratik dəyərlərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması və əlaqələrin bu günə qədər yüksələn xətt üzrə inkişafı, eyni zamanda ölkəmizin BMT-nin İnsan Haqları Bürosuna üzv seçilməsi bir daha təsdiqləyir ki, dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən istifadə edilir. Dövlət başçısı İlham Əliyevin 28 may Respublika Günü ərəfəsində növbəti əfv Sərəncamını imzalaması da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. Bu kimi Sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir".

sia.az

Digər xəbərlər