PDF Oxu

Siyasət

  • 21

Qaradağda 28 May Respublika Günü qeyd edilib

Qaradağda 28 May Respublika Günü qeyd edilib

Dünən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İB Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində 28 May Respublika Günü ilə bağlı tədbir keçirilib.

Toplantıda çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 28 May Respublika Gününün mahiyyəti haqqında məlumat verib. O, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi nailiyyətlər barəsində danışıb. A.Hüseynov çıxışında müstəqil Azərbaycanın son illərdə müxtəlif sahələrdə qazandığı uğurlardan bəhs edərək, bu gün ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və dinamik inkişaf edən üzvünə çevrildiyini vurğulayıb. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artdığını, çoxsaylı beynəlxalq platformalarda uğurla təmsil olunduğunu qeyd edib.

Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb. Bildirib ki, 1918-1920-ci illərdə mövcud olan Cümhuriyyət demokratik prinsiplər əsasında qurulub, çox ağır və mürəkkəb bir tarixi-siyasi şəraitdə fəaliyyət göstərib. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi daxili və xarici qarşıdurma ilə mübarizədə Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində ölkə xilas edilib, 1920-ci ildə baş vermiş faciənin yenidən təkrar edilməsinin qarşısı alınıb.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ruslan İsmayılov, 288 saylı məktəbin direktoru Gülüstan Ağazadə 28 May gününün əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Respublikası müsəlman Şərqində ilk demokratik respublika olub. Azərbaycan Demokratik Respublikasının cəmi iki il mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı verib. 70 il sonra-1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edib və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uzun illər öncə əsası qoyulmuş bərabərlik, tolerantlıq və demokratiya ənənələrini davam etdirir.

R.HÜSEYNOVA

Digər xəbərlər