Bu gün "Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətdir" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı (AQMKGT) və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda millət vəkili Flora Qasımova, Milli QHT Formunun prezidenti Rauf Zeyni, Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztek və digər təşkilat rəhbərləri, gənclər, media mənsubları iştirak edib.Konfransı açıq élan edən AQMKGT sədri Vüqar Qədirov bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizə mühüm hadisə kimi daxil olub.Təşkilat sədri qeyd edib ki, müstəqil və demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə azərbaycanlıların milli mənlik şüurunu özünə qaytardı, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.Daha sonra çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyininsədri Emin Həsənli isə çıxışında deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın tarixində böyük mərhələnin başlanğıcını qoyub, təsadüfi deyil ki, xalqımız Cümhuriyyətin yaradılmasının elan olunduğu bu şərəfli tarixi "Respublika Günü" kimi bayram edir.E.Həsənli qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib".Tədbirdə iştirak edən Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztek isə "Cümhuriyyetin İlkeleri – Türkiyə və Azərbaycan" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, bu gün can və qan qardaşı olan Türkiyə və Azərbaycan dünyanın ən önəmli strateji mərkəzlərindəndir.İ.Öztek qeyd edib ki, bu gün bir-birinə yaxın iki qan qardaşı ölkənin başına sarılan bir erməni bəlası var, ona görə də belə belə bəla və gözlənilməz hücumlardan qorunmaq üçün bir yumruq olmaq lazımdır.Konfransda vurğulanıb ki, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.
sia.az