PDF Oxu

Siyasət

  • 17

Şəmkirdə keçirilən toplantıda rayon gənclərinin qazandığı uğurlardan və qarşıdakı vəzifələrdən bəhs olunmuşdur

Şəmkirdə keçirilən toplantıda rayon gənclərinin qazandığı uğurlardan və qarşıdakı vəzifələrdən bəhs olunmuşdur

Şəmkir rayon gənclərinin toplantısı keçirilmişdir.AzərTAc xəbər verir ki, toplantıda rayon gənclər və idman idarəsinin rəisi Pərvin Gözəlov çıxış edərək hesabat dövrü ərzində rayon gənclərinin qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.

"Zəka" gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzinin direktoru Araz Paşayev, Dəllər-Cırdaxan kənd orta məktəbinin tarix müəllimi Elnarə Rəsulova və başqaları rayonda gənclərin fəallığının artırılması istiqamətdə görülən işlərdən, eləcə də dövlətimizin başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açmışlar.

Daha sonra toplantıda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov gəncləri rayonun və respublikanın ictimai-siyasi həyatında bundan sonra da fəal olmağa, müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə əzmlə çalışmağa səsləmişdir.

Sonda respublika gənclərinin VII forumuna nümayəndələr seçilmiş, rayon gəncləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

AzərTAc

Digər xəbərlər