YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyev Mərkəzindəki büstü önünə gül-çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzinin iclas zalında 28 May Respublika Gününə həsr olunmuş konfransı giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov 28 May Respublika Gününün xalqımızın həyatına mühüm hadisə kimi daxil olduğunu qeyd edib: "Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlayıb. Müstəqilliyin ilk illərinin böhran, xaos, iqtisadi geriləmə şəraitində keçdiyini, məhz belə ağır vaxtlarda Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ətrafında birləşdiyini bildirib. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib".
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilk öncə hər kəsi rayon rəhbərliyi adından respublika günü münasibəti ilə ürəkdən təbrik edib. XX əsrin tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin yaranması əsri kimi düşdüyünü qeyd edərək Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu bildirib: "Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qısa ömrundə böyuk nailiyyətlər və qalibiyyətlər əldə edib. Təəssüflər olsun ki, Müstəqil Azərbycan Xalq Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrilib. Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının fəaliyyətində böyük çətinliklər var idi. Müstəqilliyimizin ilk illərində ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. Azərbaycan xalqının müdrikliyi sayəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və 1993-cü ildən başlayaraq öz inkişaf dövrünü yaşamağa başladı.
Bayram tədbirində YAP Tərtər rayonu təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, Qaradağlı kənd tam orta məktəbinin müəllimi Şəlalə Nəcəfova, rayon telekommunikasiya qovşağının rəis əvəzi Cavid Əliyev və başqaları çıxış edərək o dövrdə qazanılan müstəqilliyin tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olub. İlk dəfə qadınlara seçim hüququ verilən və qadın - kişi bərabərliyi təmin edilib. Milli ordu, milli pul, milli bank yaradılmış, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması reallaşıb. Azərbaycanın bütövlüyünü təmin etmək və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində müəyyən işlər görülüb. Lakin qazanılan bu uğurlar uzun çəkməyib. XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub.
Sonda 28 May Respublika Günü ilə əlaqədar Heydər Əliyev Parkında rayon mədəniyyət evi musiqi kollektivinin və Ulu Öndərin 91-ci ildönümü ilə əlaqədar keçirilmiş musiqi müsabiqəsinin qaliblərinin iştirakı ilə rayon ictimaiyyəti üçün geniş konsert verilib.
ÜLVİ