PDF Oxu

Siyasət

  • 38

Şərqdə ilk demokratik respublika

Şərqdə ilk demokratik respublika

28 May Respublika Günü münasibətilə Şəmkirdə ümumrayon toplantısı keçirilib

Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon toplantısı keçirilib. Tədbir ilk olaraq Ulu Öndər Heydər Əliyevin Şəmkir rayonunun mərkəzində yerləşən heykəli önünə əklil və tər çiçəklərin qoyulması ilə başlanıb. Rayonda yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin akt zalında davam edən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, YAP Şəmkir rayon təşkilatının fəalları, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.

Azərbaycan Respublikasının himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə geniş məruzə ilə çıxış edib: "96 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan xalqının tarixində çox əlamətdar bir hadisə baş vermişdir. Məhz həmin gün İstiqlal Bəyannaməsi qəbul olunmuş, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir. Məhz 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olub".

Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov bayram tədbirində çıxış edərək bildirib ki, artıq neçə ildir ki, xalqımız müstəqil və azad şəraitdə ilk demokratik dövlətin yaranması gününü böyük təntənə və iftixar hissi ilə qeyd edir: "Əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddət, cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olmuşdur". N.Veysov 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin yenidən ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi daha da möhkəmlənmiş və bu siyasətin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf edərək lider dövlətlər sırasında olmuşdur.

Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlıniski bildirib ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi: "Bu gün dövlət başçıs Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür".

Sonda Şəmkir rayon mərkəzi xəstəxanasının baş həkimi Nürəddin Əhmədov çıxışında qeyd edib ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır".

Yekunda tədbir rayon mədəniyyət şöbəsi işçilərinin bədii kompozisiyası ilə davam etdirilib.

R.HÜSEYNOVA

Digər xəbərlər