YAP Gəncə şəhər təşkilatının gəncləri bayram tədbiri keçirib
YAP Gəncə şəhər təşkilatı gəncələr birliyinin təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə YAP Gəncə şəhər təşkilatınnı sədri Naqif Həmzəyev tədbir iştirrakçılarını təbrik edərək bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhər təşkilatının gəncləri Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 96 illiyi munasibətilə keçirilən ümumşəhər toplantısında xüsusi dəst-xətləri ilə seçiliblər: "Belə ki, gənclərimiz sinələrində Ulu Öndər Heydər Əliyevin portreti əks olunmuş xüsusi geyimli, dövlət bayrağının simvolik əksini üzlərinə və qollarına çəkən gənclər böyük qürur və iftixar hissi ilə əllərində Azərbaycanın üçrəngli Dövlət bayrağını əzəmətlə dalğalandıraraq, tədbirin ön cərgəsində yer tutmuşdular. Gördüyünüz kimi, onların səsləndirdikləri "Yaşasın müstəqil Azərbaycan!", "Eşq olsun gənclərin Lideri Cənab İlham Əliyevə!" nidaları ətrafa yayılaraq, tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanır".
N.Həmzəyev onu da vurğulayıb ki, müasir gənclik bu gün intellektual səviyyəsi, dərin zəkası, zəngin təxəyyülü, xüsusi istedadı və qabiliyyəti ilə dünyanı heyrətə gətirir: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı, hərtərəfli dəstəyi onların qarşısında geniş imkanlar açır, uğur və nailiyyətlərini günbəgün artırır. Avropanın 2016-cı il üçün Gənclər Paytaxtı seçilmiş Gəncənin də gəncləri Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursuna, dövlətçiliyimizə, xalqımıza sədaqət və dərin rəğbət nümayiş etdirir, yeni-yeni zəfərlərə imza atırlar. Onların ən fəal təbəqəsi YAP Gəncə şəhər təşkilatında sıx birləşərək şəhərin ictimai-siyasi həyatında böyük coşqu və işgüzarlıq göstərirlər".
R.NURƏDDİNOĞLU