PDF Oxu

Siyasət

  • 23

Xələf Xələfov parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Xələf Xələfov parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüş zamanı X.Xələfov Azərbaycanın parlamentlərarası münasibətlərə önəm verdiyini bildirib və bu baxımdan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkəmizə səfərini yüksək qiymətləndirərək, sözügedən səfərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb.Azərbaycanda aparılan islahatlar və ölkəmizin çoxşaxəli xarici siyasəti haqda qonaqlara ətraflı məlumat verən X.Xələfov Azərbaycanın bütün ölkələrlə, o cümlədən qonşu ölkələrlə münasibətlərə xüsusi önəm verdiyini qeyd edib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol haqda danışan nazir müavini regionda stabilliyin və davamlı inkişafın təmin olunmasına başlıca maneə kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin işğalı faktını göstərib.Azərbaycanın xarici siyasətinin əsas istiqamətinin işğal altındakı torpaqların azad edilməsi olduğunu bildirən X.Xələfov bu istiqamətdə həyata keçirilən çoxşaxəli fəaliyyət haqqında məlumat verib, dünya dövlətlərinin, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu münaqişədə Azərbaycanın ərazi bütövlüyünə əsaslanan ədalətli mövqe nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri K.Pinçer isə başçılıq etdiyi qrupun ölkəmizə səfərindən şad olduğunu bildirib və burada keçirdiyi görüşləri böyük məmnuniyyətlə qeyd edib. Eyni zamanda K.Pinçer sözügedən qrupun geniş tərkibli olmasını Azərbaycana olan böyük maraqla əlaqələndirib. Britaniyalı qonaqlar Azərbaycanın inkişafından təsirləndiklərini və buradakı dini tolerantlığın nümunəvi olduğunu qeyd ediblər.Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

sia.az

Digər xəbərlər