PDF Oxu

Siyasət

  • 22

Nizami rayon məktəbliləri Ulu Öndərin irsinə sadiqdirlər

Nizami rayon məktəbliləri Ulu Öndərin irsinə sadiqdirlər

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında və 220 saylı orta məktəbin lektoriya zallarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə rayonun orta məktəblərinin XI sinif şagirdləri üçün "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur", "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında dərslərə yekun vurulub.

May ayının 13, 20 və 27-də keçirilən açıq dərslərdə 21 təhsil müəssisəsindən ümumilikdə 1181 nəfər XI sinif şagirdi iştirak edib. Rayonun hazırlıq səviyyəsinə görə, fərqlənən tarix müəllimləri tərəfindən keçirilən dərslərdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib, həmçinin Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən sənədli film göstərilib.

Bundan əlavə, şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinin, o cümlədən Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə, dahi şəxsiyyət haqqında yazılmış kitablardan ibarət guşə ilə də tanış olublar. Bildirilib ki, bütün ömrünü xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu Öndərin Azərbaycanın gələcəyi naminə gördüyü işlər Ona tariximizin yaddaşında əbədi həkk olunmaq, öz xalqının qəlbində daim yaşamaq səadəti bəxş edib. Ölkəmizdə iqtisadiyyatın yenidən qurulması, aqrar sahənin dirçəldilməsi, peşəkar ordu yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursu, hüquqi və demokratik dövlət quruculuğu Ulu Öndərin adı ilə bağlıdır.

Qeyd edək ki, ümumilikdə Nizami rayonunun 34 təhsil müəssisəsindən 5 minədək XI sinif şagirdi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən dərslərdə iştirak edib. Bu da onu sübut edir ki, Nizami rayon məktəbliləri Ulu Öndərin irsinə sadiqdirlər.

Samir Feyruzov

Digər xəbərlər