PDF Oxu

Siyasət

  • 23

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" Qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş Gürcüstanın Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət etmişdir.

Müraciətində Makvala Qonaşvili 2012-ci il 16-18 oktyabr tarixlərində "Beynəlxalq poeziya festivalı"nda iştirak etmək üçün Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə etdiyi qanunsuz səfərin Azərbaycan xalqının vətənpərvər hisslərini təhqir etmək məqsədi daşımadığını bildirmiş, Azərbaycan xalqına olan məhəbbət və isti dost hisslərini dəfələrlə isbat etməyə çalışdığını vurğulamış və bu səfərin doğuracağı hüquqi nəticələr barədə məlumatlı olmadığını qeyd etmişdir.

Həmçinin Makvala Qonaşvili müraciətində atdığı addımın düşünülməmiş olduğunu bildirmiş və bundan sonra Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının tələblərinə uyğun şəkildə davranacağına öhdəlik götürdüyünü qeyd etmişdir. O, azərbaycanlı həmkarları ilə ünsiyyəti yalnız Gürcüstanda deyil, həm də Azərbaycanda davam etdirməsi üçün imkan yaradılmasını və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasını xahiş etmişdir.

Makvala Qonaşvilinin müraciətinə müvafiq qaydada baxılacaqdır.

AzərTAc

Digər xəbərlər