PDF Oxu

Siyasət

  • 32

Pakistanın “DNA News” agentliyi və “Centreline” jurnalı “Azərbaycan: “47”liyə başçılıq edən ölkə” adlı məqalə yaymışdır

Pakistanın “DNA News” agentliyi və “Centreline” jurnalı “Azərbaycan: “47”liyə başçılıq edən ölkə” adlı məqalə yaymışdır

Pakistanın "DNA News" agentliyi və "Centreline" jurnalı Avropa İttifaqı, Avropa Şurası və NATO üzrə mütəxəssis, bu agentliyin və jurnalın baş redaktoru Ansar Battinin "Azərbaycan: "47"liyə başçılıq edən ölkə" adlı məqaləsini yaymışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, məqalədə cari ilin may ayından başlayaraq Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində rotasiya prinsipi əsasında sədrlik etdiyi bildirilir və bu sədrliyin həm Avropa Şurası, həm də qurumun üzv ölkələri üçün çox mürəkkəb bir dövrə təsadüf etdiyi vurğulanır.

Yazıda mayın 20-23-də Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın və AŞPA-nın prezidenti Ann Brassörün Azərbaycanda səfərdə olduqları, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirdikləri qeyd edilir. Bildirilir ki, görüşlərdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrlik prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, aktual beynəlxalq və regional məsələlər və s. barədə müzakirələr aparılmışdır.

Yazıda bildirilir ki, T.Yaqland Bakıda "ASAN xidmət" mərkəzində də olmuş, xidmətin fəaliyyətini yüksək qiymətləndirmiş və bunun digər Avropa ölkələri üçün nümunə ola biləcəyini bildirmişdir.

Müəllif məqaləsində AŞPA-nın daimi komitəsinin Bakıda keçirilmiş iclası haqqında da ətraflı məlumat verir.

AzərTAc

Digər xəbərlər