"Qazaxıstan Azərbaycanın mövqeyini bu və ya digər formada dəstəkləyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Ali Avrasiya İqtisadi Birliyininin yaradılması ilə bağlı toplantıda təkcə Qazaxıstan prezidenti deyil, həm də Rusiya və Belarusiya prezidentləri də Nursultan Nazarbayevin fikirləri ilə həmrəy olub və bu barədə toplantıda qərar qəbul olunub: "Azərbaycan prezidentinin məktubu yerində və vaxtında edilmiş müraciət idi. Təsis edilən yeni qurumun həmin müraciətə müsbət münasibəti də diqqət çəkəndir.Bunlar onu göstərir ki, qondarma Dağlıq Qarabağ respublikasının da Gömrük İttifaqına daxil olması haqqında yayılmış şayiələr özünü doğrultmur. Dünən Serj Sarkisyan müsahibə verərkən "Kim deyirdi ki, Qarabağ Gömrük İttifaqına daxildir?"deyə, açıqlama verib. O, faktiki olaraq bu məsələni boynundan atdı və bir növ KİV önündə qondarma Dağlıq Qarabağ respublikasının hüquqi statusunun müəyyən olunmadığını və müəyyən olunmayacağı təqdirdə ona hər hansı bir münasibətin mümkün olmayacağını etiraf etdi".
sia.az