PDF Oxu

Siyasət

  • 17

Aqil Abbas: “Bununla bağlı ABŞ tərəfinə nota vermək lazımdır”

Aqil Abbas: “Bununla bağlı ABŞ tərəfinə nota vermək lazımdır”

"Leyla Yunus hər şeydən şou düzəltsə də, onların heç birinin önündə dayana bilmir. Çünki Leyla Yunus ora-bura bağlı olan insandır. Elə məhz onun axırıncı şousu da polis işçisini hədələmək məqsədi daşıyırdı". Bunu SİA-ya millət vəkili Aqil Abbas Leyla Yunusun hərəkətlərinə və onun insan haqları ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, Leyla Yunusun Avropaya təqdim etdiyi siyahıda bildirilir ki, guya Azərbaycanda 130 siyasi məhbus var: "Bununla belə ölkəmizdə insan haqları ilə məşğul olan qeyri-hökumət təşkilatları var. Beləcə onların hər birinin də özünəməxsus şəkildə hazırladıqları siyahı var. Təbii ki, bunların da arasında terrorçular, cinayətkarlar və s. yer alıb. Həmin bu qeyd etdiyimiz QHT-lər də müxalif təşkilatlardır. Axı necə ola bilər ki, birində 130 nəfər göstərilir, digərində 28 nəfər (QHT-lərin siyahısında) qeyd edilir. Bu siyahıya nəzər yetirdikdə, kimlərin haqqının müdafiə olunduğu açıq-aşkar görünür. Çox yaxşı olar ki, dövlətimizin rəsmi qurumları həmin siyahını çap edib, cinayət törətmiş insanların hansı maddələrlə cinayət törətdiyini önündə yazsınlar. Çünki onlar Avropaya bunu yazıb göndərirlər, amma Azərbaycan xalqına bunu vermirlər".Bəzi xarici ölkə səfirliklərinin Leyla Yunusa dəstək olması və ölkəmizin daxili işlərinə qarışması məsələsinə gəldikdə isə millət vəkili deyib ki, çox təəssüf ki, bəzi xarici ölkə diplomatları Azərbaycanda özlərini ev sahibi kimi aparırlar: "Bununla da onlar ölkəmizin daxili işlərinə qarışırlar. Bu, tamamilə qanunsuzdur. Çünki dünya diplomatiyasında belə bir şey yoxdur. İndi də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəmizdə ağzına gələni danışır. Mən də həmin hadisədən sonra ölkə mətbuatda yazdım ki, siz də fikirləşin Azərbaycanın ABŞ-dakı səfiri belə bir bəyanat verir. Bəs o zaman sizlər nə edərdiniz? Dərhal səfirimizi "persona non-qrata" elan edər, həmin ölkənin ərazisindən çıxardardırlar. Hesab edirəm ki, bununla bağlı ABŞ tərəfinə nota vermək lazımdır".

sia.az

Digər xəbərlər