Bu gün Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə iki dövlət arasındakı münasibətlər, Dağlıq Qarabağ və regional məsələlər müzakirə olunub.
Nazir Elmar Məmmədyarov ilə Çexiya xarici işlər naziri Lubomir Zaoralek görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
sia.az