PDF Oxu

Siyasət

  • 25

Ceyms Uorlik: “ATƏT-in fəaliyyətdə olan sədrinin çağırışını alqışlayırıq”

Ceyms Uorlik: “ATƏT-in fəaliyyətdə olan sədrinin çağırışını alqışlayırıq”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanata münasibət bildirib. SİA-nın məlumatına görə, bu barədə C.Uorlik öz "Twitter" səhifəsində yazıb."Biz ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Dağlıq Qarabağ münaqişəsi üzrə strukturlaşdırılmış sülh danışıqlarına çağırışını alqışlayırıq"- deyə, C.Uorlik qeyd edib.Qeyd edək ki, iyunun 2-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Prezidenti və XİN rəhbəri Didye Burkhalter Azərbaycana səfər edib. Mətbuata bəyanatla çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, Dağlıq Qarabağ münaqişəsində sülhə doğru addım-addım irəliləmək lazımdır.

sia.az

Digər xəbərlər