PDF Oxu

Siyasət

  • 13

Elman Məmmədov: “Ermənistan bütün göstərişləri Moskvadan alır”

Elman Məmmədov: “Ermənistan bütün göstərişləri Moskvadan alır”

"Avrasiya İqtisadi Birliyinin (AİB) Astanadakı təsis toplantısında Ermənistan rəhbərliyinin sərgilədiyi mövqeyin Ermənistanda eləcə də, qonşu ölkələrdə ciddi müzakirə mövzusu olmasına səbəb Ermənistanın işğalçı, təcavüzkar dövlət olduğunu bir daha sübut etdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Millət vəkili qeyd edib ki, Ölkə prezidenti İlham Əliyevin təsisçi ölkələrin rəhbərlərinə ünvanladığı məktubdan ciddi şəkildə narahatlıq keçirən Ermənistan rəhbərliyinə bir daha göstərildi ki, onun sözügedən ittifaqa qoşulmağı yalnız və yalnız beynəlxalq miqyasda tanınmış sərhədləri ilə mümkündür: "Ona görə də, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın əzəli torpaqlarını geri qaytarmalıdır. Əgər bu dövlət ittifaqa qoşulursa, hansı şərtlər daxilində və hansı sərhədlərlə qəbul olunacaq? Ermənistanın həmin ittifaqa daxil olan ölkələrin heç biri ilə ümumi sərhəddi mövcud deyil. O, Cənubi Qafqazda anklap halında bu ölkələrdən kənarda yerləşir. Belə olan halda bu sərhədlər çərçivəsində iqtisadi münasibətlərini necə quracaqları da sual doğurur"."Toplantı çərçivəsində çaş-baş vəziyyətdə qalan Ermənistan prezidenti Serj Sarkisyan bir neçə dəfə ayağa qalxaraq Rusiya prezidenti Vladimir Putinin qulağına nələrisə pıçıldayaraq ondan məsləhət istədiyi görüntüləri Ermənistanın müstəqil dövlət olmamasının göstəricisidir"-deyə qeyd edən Elman Məmmədov onu da vurğulayıb ki, Ermənistan Rusiyanın bir əyaləti, quberniyası, forpostu kimi mövcud olmaqla bütün göstərişləri rəsmi Moskvadan alır: "Bunların nə daxili, nə də xarici müstəqil siyasəti yoxdur. Düşünürəm ki, nə zamana qədər Ermənistan adlı bir dövlətə Serj Sarkisyan və onun komandası kimi cinayətkarlar rəhbərlik edəcək onlarla hər hansı bir məsələdə danışıqlar aparmaq, onların ədalətli həll yoluna gəlmələrini fikirləşmək sadəlövlükdür.Bunların hakmimiyyəti Qarabağ məsələsinin ədalətli şəkildə həll olunmasından sonra sona yetəcək. Sonda bu canilər, qatillər beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Erməni xalqı özlərini ləkədən xilas etmək üçün bu hakmiyyətə son verməlidirlər. Əks halda belə quldur cinayətkar rəhbərliklə danışıqlar aparmaq mümkün deyil".

sia.az

Digər xəbərlər