PDF Oxu

Siyasət

  • 15

Niyaməddin Orduxanlı: “Digər N!DA-çı gənclər Bəxtiyar Quliyevdən nümunə götürməlidirlər”

Niyaməddin Orduxanlı: “Digər N!DA-çı gənclər Bəxtiyar Quliyevdən nümunə götürməlidirlər”

"Sevindirici haldır ki, Əli Kərmlinin arxasınca gedən N!DA-çı gənc öz səhvini etiraf edib. Radikal müxalifətin təsiri altında ölkədə hökümətə qarşı təxribat xarakterli işlərə təhrik olunan gənclərin gec də olsa səhvlərini başa düşmələri və yenidən normal şəkildə cəmiyyətdə yer tutmaq istəklərini dilə gətirmələrini düzgün hesab edirəm". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı N!DA üzvü Bəxtiyar Quliyevin prezident İlham Əliyevə ünvanladığı məktubda öz səhvini başa düşüdüyünü bildirməsinə münasibətini açıqlayarkən deyib.Onun sözlərinə görə, bu gənclər İsa Qəmbərin, Əli Kərmlinin təsiri altında formalaşmışdılar: "Onların yanında olan, onlardan tapşırıqlar alan gənclər atdıqları addımların səhv olduğunu və bunun hansı nəticələrə gətirib çıxaracağını əvvəlcədən düşünməlidirlər. Digər Nida-çı gənclər Bəxtiyar Quliyevdən nümunə götürməlidirlər. Gənclər fikirləşməlidirlər ki, özlərinə lider hesab etdikləri Əli Kərimli, İsa Qəmbər bu zaman ərzində bir dəfə də olsun onları həbsxanada ziyarət etməyiblər. Bir ildə ziyarətə gəlməyənlər 7-8 ildə də gəlməyəcəklər. Necə ki, Ruslan Bəşirlinin həbs olunduğu 7 il ərzində Əli Kərimli onu ziyarət etməmişdi. Dağıdıcı inqilab uğrunda həbsə düşənlər bunu yaxşı düşünməli və səhvlərini etiraf etməklə azad olunmağa çalışmalıdırlar".BAXCP rəsmisi onu da qeyd edib ki, radikal müxalifət nümayəndələri Bəxtiyar Quliyevin bu etirafından sonra ona qarşı sosial medaiada, öz mətbu orqanlarında mənfi rəy, imic formalaşdırmağa çalışırlar: "Bu insanlar Səhvini etiraf edən gəncin məcburiyyətdən belə addım atdığını söyləmkdən belə çəkinmirlər. Əli Kərimliyə yaxın insanların bu fikirləri əsassızdır. Bəxtiyar Quliyev onların siyasi düşüncələrini bölüşəndə ağıllı, intellektli, inqilabçı biri idi, amma özünün fikirlərini dilə gətirəndə, Ölkə başçısına müraciət edəndə düşüncəsiz, iradəsiz olur?".

sia.az

Digər xəbərlər