PDF Oxu

Siyasət

  • 25

Azərbaycan-Rusiya biznes forumu keçirilib

Azərbaycan-Rusiya biznes forumu keçirilib

Bu gün Bakıda Rusiyanın Udmurtiya Respublikası və Kaluqa vilayəti nümayəndə heyətlərinin ölkəyə səfəri çərçivəsində Azərbaycan-Rusiya biznes forumu keçirilib. SİA-nın məlumatına görə, biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə təşkil olunub.Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida, sənaye, energetika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak edib.Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Udmurtiya Respublikasının İxraca dəstək mərkəzinin rəhbəri Valeriya Antonenko, Kaluqa vilayətinin İxracyönümlü kiçik və orta biznes subyektlərinə dəstəyin koordinasiya mərkəzinin rəhbəri Valentina Maltseva, AZPROMO-nun rəhbərinin müşaviri Natiq Mədətov və iş adamları təmsil olunub.AZPROMO-nun rəhbəri Rüfət Məmmədov tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə məlumat verib. Qeyd edilib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. Rüfət Məmmədov Rusiya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.Ummurtiya Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Valeriya Antonenko, Kaluqa vilayətinin İxracyönümlü Kiçik və Orta Biznes Subyektlərinə Dəstəyin Koordinasiya Mərkəzinin rəhbəri Valentina Maltseva Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edib, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Azərbaycan-Rusiya iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb və Udmurtiya və Kaluqanın investisiya imkanlarına dair təqdimatlarla çıxış edib.Azərbaycan-Rusiya biznes forumuna iş adamları arasında ikitərəfli görüşlə yekun vurulub.Qeyd edək ki, bu forum 2014-ci ildə Bakıda keçirilən sayca 4-cü Azərbaycan-Rusiya biznes forumdur.

sia.az

Digər xəbərlər