Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilmiş iclasında iştirak edən Konqresin baş katibi Uffe Riis Sorensen təəssüratlarını AzərTAc-ın xüsusi müxbiri ilə bölüşmüşdür.
2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresi üçün Bakı iclasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran baş katib tədbirdə növbəti Konqresin keçiriləcəyi vaxt, iştirakçıların tərkibinin, tematik çərçivələrin, məruzəçilərin və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi kimi vacib məsələlərin müzakirə edildiyini diqqətə çatdırmışdır.
Bakı haqqında xoş təəssüratlarını bildirən U.R.Sorensen gündən-günə müasirləşən, inkişaf edən şəhərin gözəlliyinin valehedici olduğunu vurğulamışdır. Ölkəmizdə qarşılaşdığı qonaqpərvərlik və səmimiyyətdən məmnun olduğunu qeyd edən U.R.Sorensen Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının uğurla keçdiyini bildirmişdir.
AzərTAc