Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyənin "İpək Yolu" Beynəlxalq Media Qrupu tərəfindən "İlin altun adamı" mükafatına layiq görülmüşdür.
Baş konsul Həsən Zeynalov iyunun 13-də təqdim olunacaq bu mükafata türk dünyası qarşısında səmərəli xidmətlərinə görə layiq görülmüşdür.
Təltif olunanlar arasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu, Türkiyənin meşə və su təsərrüfatı naziri, professor Veysəl Eroğlu, Türkiyənin Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək və digər nüfuzlu şəxslərin də adları vardır.
AzərTAc