Millət vəkili Qənirə Paşayeva Qadınların Qlobal Sammitində iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edib. SİA-nın xəbərinə görə, tədbir "İqtisadiyyatın və cəmiyyətin yeniləşməsində qadınların rolu" mövzusuna həsr olunub.Yığıncaqda qadınların ölkənin ictimai-siyasi həyatında iştirakı, idarəetmə sahəsində fəaliyyət imkanlarının genişləndirilməsi, onların yaşayış şəraitinin, rifah halının yaxşılaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.Toplantıda İspaniya, Polşa, Çin, Vyetnam, Cənubi Afrika və bir çox digər ölkələrin nümayəndələri də iştirak edəcəklər. Səfər iyunun 7-də başa çatacaq.
sia.az