PDF Oxu

Siyasət

  • 16

İran səfiri: "Tehran-Bakı əlaqələri ən yüksək səviyyədədir”

İran səfiri: "Tehran-Bakı əlaqələri ən yüksək səviyyədədir”

"Tehran-Bakı əlaqələri ən yüksək səviyyədədir və parlaq gələcəyə malikdir". İranın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, bunu İranın ölkəmizdəki Möhüsün Pakayin deyib.Səfir iki ölkə arasını korlamağa cəhd göstərən üçüncü qüvvələrin planlarının iflasa uğramasına işarə edərək bildirib ki, xoşbəxtlikdən hər iki ölkənin rəhbərləri bu qəbil təxribatçı qüvvələrin planlarını tanıyıb və müdrikliklə qarşılıqlı münasibətləri davam etdirirlər: "Bizim müxtəlif ölkələrlə dostluq meyarımız bəzi dövlətlər və qeyri-hökumət təşkilatlarının siyasi baxışı deyil, xalqın rəyindən ibarətdir. Azərbaycan Respublikası ilə münasibətlərin möhkəmlənməsini də hər iki xalqın istəyi sayırıq".İran səfiri İran və Azərbaycan xalqlarını dərin mədəni köklərdə müştərək olduğunu vurğulayaraq söyləyib ki, xalqlar arasında bir-birinə bu qədər yaxın olan iki millətə rast gəlmək olmur.O, il ərzində bir milyon nəfərdən artıq Azərbaycan vətəndaşlarından İrana səfər etməsini faydalı bir iş sayaraq bildirib ki, bu qəbil əlaqələr İran həqiqətlərinin tanınması və millətçi qrupların təbliğatının təsirdən düşməsinə yardım edib.İran səfiri deyib ki, İran xalqı türk, kürd, lor, ərəb, bəluç və bəxtiyarı etniklərindən ibarət olmaqla öz milliyyəti ilə fəxr edir və müxtəlif zamanlarda xüsusilə də Səddam Hüseynlə baş verən müharibədə bu ölkənin qorunması üçün çiyin-çiyinə çalışıb.Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin siyasəti İranla daimi dostluq əsasında idi: "Bu gün də Azərbaycan Respublikasında həmin siyasət davam etdirilir. İran rəhbərlərinin siyasəti də Azərbaycan Respublikası ilə münasibətlərin genişləndirilməsi əsasındadır. Bununla bağlı iqtisadi planların icrası tədricən öz səmərəsini göstərəcək. Biz gələcəkdə iki ölkə arasında olan əlaqələrin daha da inkişaf edəcəyinin şahidi olacağıq".

sia.az

Digər xəbərlər