PDF Oxu

Siyasət

  • 27

Elmar Məmmədyarov malayziyalı həmkarı ilə görüşəcək

Elmar Məmmədyarov malayziyalı həmkarı ilə görüşəcək

Malayziyanın xarici işlər naziri Anifah Aman Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün Azərbaycan xarici işlər nazirinin müavini Elmar Məmmədyarovla görüşəcək. SİA-nın məlumatına görə, görüşdə siyasi və iqtisadi əməkdaşlığın perspektivləri, hər iki ölkə üçün maraq kəsb edən digər məsələlər müzakirə olunacaq. Nazir həmçinin Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək.Qeyd edək ki, bu malayziyalı nazirin Azərbaycana ilk səfəri deyil. Sonuncu dəfə Anifah Aman ötən ilin iyun ayında Azərbaycanda səfərdə olub. Xatırladaq ki, Malayziyanın Azərbaycanda səfirliyi bu il açılıb. Səfirliyə müvəqqəti işlər vəkili Harris Bin Alvi rəhbərlik edir.

sia.az

Digər xəbərlər