PDF Oxu

Siyasət

  • 18

Espoo Konvensiyasına tərəflərin görüşündə Ermənistanın bu Konvensiya üzrə öhdəliyini pozduğu qərarına gəlinmişdir

Espoo Konvensiyasına tərəflərin görüşündə Ermənistanın bu Konvensiya üzrə öhdəliyini pozduğu qərarına gəlinmişdir

\r\n

\r\n

\r\n İyunun 2-5-də Cenevrə şəhərində BMT-nin "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"sına (Espoo Konvensiyası) tərəflərin altıncı görüşü keçirilmişdir.

\r\n

\r\n Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə digər məsələlərlə yanaşı, Konvensiyanın İmplementasiya Komitəsi çərçivəsində Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Espoo Konvensiyasının müddəalarının pozulması ilə bağlı Azərbaycan Respublikası tərəfindən qaldırılmış iddia üzrə yekun qərar qəbul edilmişdir.

\r\n

\r\n Beləliklə, ESPOO Konvensiyasına tərəflərin görüşü Ermənistan ərazisində yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar bu ölkənin Konvensiya üzrə öhdəliyini pozduğu qərarına gəlmiş və İmplementasiya Komitəsinə məsələnin nəzarətdə saxlanılması və aidiyyəti üzrə monitorinq aparması barədə mandat vermişdir.

\r\n

\r\n AzərTAc

\r\n

\r\n

Digər xəbərlər