PDF Oxu

Siyasət

  • 25

Şəki şəhərində 72,4 metr hündürlüyü olan bayraq dirəyi ucaldılır

Şəki şəhərində 72,4 metr hündürlüyü olan bayraq dirəyi ucaldılır

Şəki şəhərində, Kiş çayının sağ sahilindəki mənzərəli guşədə inşasına ötən il başlanan Bayraq meydanının tikintisi davam etdirilir.

AzərTAc xəbər verir ki, meydanda ucaldılan bayraq dirəyinin hündürlüyü 72,4 metrdir. Dirəyin quraşdırılması işi artıq başa çatdırılmışdır. Bayraq meydanında Azərbaycan bayrağının sınaq qaldırılması həyata keçirilmişdir. İlk sınaq uğurlu olmuşdur. Dirəkdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir.

Doqquz hektar sahəsi olan bu ərazidə hazırda Heydər Əliyev Mərkəzi üçün yeni binanın tikintisi də davam etdirilir.

Ərazidə, həmçinin şəhər icra hakimiyyəti üçün yeni inzibati bina inşa ediləcək, park salınacaq, geniş abadlıq işləri həyata keçiriləcəkdir.

AzərTAc

Digər xəbərlər