ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Qarabağ münaqişəsinin həlli ilə bağlı çağırışları ilə razı olduqlarını bəyan edib. Bu barədə SİA Amerikalı həmsədrin şəxsi "Twitter" səhifəsinə istinadən xəbər verir."Biz ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sülh və etimadın qurulması çağırışı ilə razıyıq",- deyə Uorlik qeyd edib.Xatırladaq ki, ATƏT-in sədri, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter iyunun 2-4-də Cənubi Qafqaz regionunda səfərdə olub.
Azərbaycanda rəsmi görüşlər keçirən ATƏT sədri, daha sonra Ermənistan və Gürcüstana səfər edib.
Xatırladaq ki, Bakıda Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuat üçün bəyanat verən Didye Burkhalter bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli vaxt tələb edir.
sia.az