PDF Oxu

Siyasət

  • 16

Gəncədə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Gəncədə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Gəncədəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş "Riyaziyyat və İKT-nin tətbiq sahələri. Yeni tədris texnologiyaları" mövzusunda beynəlxalq konfrans keçirilib.

Gəncə Şəhər icra hakimiyyəti ilə Gəncə Dövlət Universitetinin birgə təşkil etdikləri və İran, Türkiyə, Gürcüstan, Şimali Kipr Türk Cümhuriyyəti və Rusiya Federasiyası alimlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq respublikamızın müstəqillik tarixində əhəmiyyətli rol oynayan 15 iyun hadisələrindən danışıb. İcra başçısı qeyd edib ki, həmin dövrdə baş verən hadisələr Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu: "Bir tərəfdə Surət Hüseynovun, digər tərəfdə "Talış-Muğan Respublikası" yaratmaq xülyasında olan Əlikram Hümbətovun ambisiyaları, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olan səriştəsiz rəhbərlərinin kreslo uğrunda apardıqları mübarizə Azərbaycanın parçalanması üçün zəmin yaratmışdı. Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın Ümummilli Lideri Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn dahi şəxsiyyət doğrudan da əsil müdriklik göstərərək, Azərbaycanı bütün bəlalardan xilas etdi. Atəşkəs əldə edərək respublikanın dirçəlişi üçün böyük işlər gördü. Həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycanı qısa vaxt ərzində inkişaf etmiş dünya ölkələri sırasına çıxardı. İndi iftixarla demək olar ki, Azərbaycan bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində də uğurlu nailiyyətlərə imza atır. Bu gün keçirilən beynəlxalq konfrans da məhz bu inkişafın göstəricisidir".

Konfransda Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafı sahəsində gördüyü işlərdən danışıb, Onun Azərbaycanın tərəqqisi üçün bu vacib sahənin yüksəlişinə göstərdiyi xidmətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda AMEA-nın Gəncə bölməsinin elmi katibi, akademik Fuad Əliyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini Soltan Əliyev, Gürcüstanın Telavi Dövlət Universitetinin professoru Mariam Zakariaşvili, Bakı Dövlət Universitetinin dosenti Vaqif Qasımov və başqaları çıxış edərək, müzakirə olunan mövzu ətrafında maraqlı məruzələrlə çıxış ediblər.

İki gün davam edəcək konfrans 3 bölmədə öz işini davam etdirib.

R.HÜSEYNOVA

Digər xəbərlər