"Regionun bütün siyasətinə daha geniş götürsək isə beynəlxalq siyasətə təsir edəcək iki dövlət Azərbaycan və Türkiyədir. Hər iki ölkə həm mövcud vəziyyəti, həm də potensialı baxımından buna tam cavab verir". Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.Parlament üzvünün sözlərinə görə, Azərbaycan-Türkiyə əməkdaşlığı bunu söyləməyə əsas verir: "İki ölkə arasında münasibətlərin müasir tarixində mühüm yer cənab Prezident İlham Əliyevə məxsusdur. 2003-cü ildən sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni bir keyfiyyət mərhələsi başlayıb. Bu mərhələ bilavasitə ölkə başçısının rəhbərliyi altında Azərbaycan dövlətinin yürütdüyü siyasətin nəticəsindədir. İki ölkənin münasibətlərinin bütün sahələrdə təməlləri möhkəmdir və sarsılmazdır. Hesab edirəm ki, iki dövlət arasındakı münasibətlərin böyük potensialı var. Təbii ki, bu potensialdan bundan sonra da istifadə ediləcək".
sia.az