PDF Oxu

Siyasət

  • 17

Asim Mollazadə: “Devid Rokfellerin fikirlərində yeni bir şey yoxdur”

Asim Mollazadə: “Devid Rokfellerin fikirlərində yeni bir şey yoxdur”

"Ümumiyyətlə hər bir siyasətçinin və yaxud iş adamının müstəqil şəkildə öz fikirlərini ifadə edə bilər. Düşünürəm ki, belə bir fikirlər mütəmadi şəkildə səsləndirilir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə yəhudi əsilli ABŞ vətəndaşı, məşhur iş adamı Devid Rokfellerin "Qafqaza sahib olmağın yolunun Kiçik Asiyadan keçdiyinə" dair fikrinə münasibət bildirərkən deyib.Millət vəkili hesab edir ki, Devid Rokfellerin fikirlərində yeni bir şey yoxdur: "Maraqlı məqam ondan ibarətdir ki, əgər tanınmış siyasətçi və biznesmen Azərbaycana diqqətini yetirirsə, deməli ölkəmizin dünyada önəmi daha da artır.Hazırda Azərbaycan və Türkiyənin həyata keçirdiyi strateji layihələr dünya üçün çox böyük məna kəsb edir. İki ölkə həm enerji, nəqliyyat sahəsində, həm də dövlətlərimizi birləşdirən dəyərlərlə bağlı çox böyük sistem və yeni geostrategiya formalaşdıra bilər. Son illər dünya yaradılması planlaşdırılan bu sistemin dəyərini və gücünü artıq anlamağa başlayıb".

sia.az

Digər xəbərlər