PDF Oxu

Siyasət

  • 21

Fəzail Ağamalı: “Azərbaycanda çoxşaxəli siyasət həyata keçirilir”

Fəzail Ağamalı: “Azərbaycanda çoxşaxəli siyasət həyata keçirilir”

"Hesab edirəm ki, "Milyarderlər ittifaqı" artıq tarixin arxivinə göndərilməkdədir. Təbii ki, bu gün Azərbaycan uğrunda ciddi savaş gedir. Bu savaş həm ideoloji istiqamətdə, həm iqtisadi yöndə, həm də beynəlxalq miqyasda müxtəlif xarakterli hərəkətlərdə, davranışlarda özünü göstərir. Bu daha çox qapalı xarakter daşıyır. Yəni Ukraynadakı proseslər kimi hələ açıq müstəviyə keçməyib". Bunu SİA-ya millət vəkili Fəzail Ağamalı Rusiya dairələrinin Azərbaycan müxalifətinin simasında öz nüfuzlarını gücləndirməsinə münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, əslində Ukraynada baş verən hadisələr göstərdi ki, Qərb, xüsusi olaraq ABŞ öz mövqelərini keçmiş MDB ölkələrində möhkəmlətməkdə israrlıdır: "Təbii ki, bu, onun strateji xəttidir və "Yol xəritəsi"nin əsas hissələrindən biridir. Digər tərəfdən rəsmi Moskva ABŞ və onun hərbi-siyasi İttifaqı olan NATO-nun Rusiyanın sərhədlərinə yaxınlaşmasından kifayət qədər narahatçılıq keçirir. Məhz buna görə də Rusiya müqavimətini daha da gücləndirir. Beləcə rəsmi Moskva çalışır ki, özünün tərəfdarlarını Azərbaycan və digər ölkələrdə yaratsın. Ukrayna hadisələrindən sonra ola bilsin ki, Rusiya texnoloqları Qafqazda və Orta Asiya Respublikalarında öz mövqelərini möhkəmləndirmək üçün bizə bəlli olmayan "5-ci kolona"nı yaratmaq istiqamətində işini gücləndirsin. Təbii ki, bu da istisna olunmur. Çünki Rusiya heç bir halda özünün yaxın qonşularında mövqelərini itirmək niyyətində deyil. Bu da rəsmi Moskvanın strateji xəttinin çox vacib təkib hissələrindən biridir. O, müxtəlif üsullarla bu məqsədinə çatmağa çalışacaq. Məhz buna görə də biz hər birimiz bunun fərqində olmalıyıq.Bu mənada hesab edirəm ki, biz Azərbaycan Prezidentinin vermiş olduğu son dərəcə önəmli və hətta deyərdim ki, beynəlxalq aləmdə yeni bir yanaşmanın reallaşmasına çalışmalyıq. Bu, azərbaycanyönümlü siyasətdir. Biz eyni zamanda qərblə inteqrasiyaya yüksək qiymət veririk və onun üstün dəyərlərini mənimsəmək, onu ölkəmizdə tətbiq etmək, Qərbin texnologiyasını Azərbaycana gətirmək və s. də israrlıyıq. Azərbaycan Prezidenti də buna doğru gedir.Bu gün Azərbaycanda çoxşaxəli siyasət həyata keçirilir. Təbii ki, bu çoxşaxəli siyasətin mayasında azərbaycanyönümlü siyasət dayanır".

sia.az

Digər xəbərlər