PDF Oxu

Siyasət

  • 15

"Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim" kitabının təqdimatı keçirilir

"Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim" kitabının təqdimatı keçirilir

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin dəstəyi və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitunun Güney Azərbaycan şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli və həmin şöbənin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin hazırladığı "Güney və Quzey Azərbaycan: ensiklopediya təqvim" kitabının təqdimatı keçirilir.SİA-nın məlumatına görə, tədbirdə MDHP rəhbərliyi ilə yanaşı, ölkənin tanınmış tarixçi alimləri, millət vəkilləri, ictimai-siyasi təşkilatların nümayəndələri iştirak edir.Millət vəkili Fərəc Quliyev kitabın əhəmiyyətindən və cəmiyyətimiz üçün oynayacağı müham roldan danışıb.Daha sonra Azərbaycan Respublikası qeyri-hökumət təşkilatları Forumunun prezidenti Rauf Zeyni "kitabın ümumi məziyyətləri, yazılış strukturu və xüsusiyyətləri", AMEA-nın Tarix institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "kitabda başlıca tarixi olayların xronologiyası", AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor İslam Qəribli "kitabda Güney Azərbaycan ədəbiyyatına bir baxış" haqqında danışıblar.

sia.az

Digər xəbərlər