Milli Məclisin növbədənkənar plenar iclasının vaxtı və gündəliyi məlum olub. Bu barədə SİA-ya açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib ki, iyunun 20-də keçirilən iclasın gündəliyinə 26 məsələ daxil edilib.Onun sözlərinə görə, iclasda bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub: "İclasda 26 məsələdən əlavə "Beynəlxalq hüquq üzrə Haaqa Konfransının nizamnaməsinin təsdiq edilməsi" ilə bağlı qanun layihəsi və "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Ordubad və Marazat Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında" saziş təsdiq ediləcək.İclasda müzakirə olunacaq digər qanun layihələri aşağıdakılardır:
- "Dövlət sirri haqqında",
- "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında",
- "Əməliyyat axtarış fəaliyyəti haqqında",
- "Bank haqqında",
- "Fərdi məlumatlar haqqında",-
- "Dövlət rüsumu haqqında",
- "İcbari sığorta haqqında",
- "Sığorta fəaliyyəti haqqında",
- "Sığorta fəaliyyəti haqqında" qanunlar,
- İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, habelə "Yerli bələdiyyə, vergilər və ödənişlər haqqında", "Şəhərsalma və tikinti Məcəlləsi haqqında" qanunlara əlavə və dəyişikliklər ediləcək.
sia.az