PDF Oxu

Siyasət

  • 26

Baş nazirin müavini: “UNİCEF-lə əməkdaşlıq uşaqların inkişafına dəyərli töhfədir"

Baş nazirin müavini: “UNİCEF-lə əməkdaşlıq uşaqların inkişafına dəyərli töhfədir"

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov ölkəmizdəki fəaliyyət müddəti başa çatmaqda olan BMT-nin "Uşaq Fondu" (UNİCEF) beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb.Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Baş nazirin müavini Əli Həsənov UNİCEF-in ölkəmizdə fəaliyyətə başladığı vaxtdan, xüsusilə son beş ildə bu beynəlxalq qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi Mark Herevardın təmsil etdiyi qurumla Azərbaycanın birgə fəaliyyətini, yaradılan işgüzar əməkdaşlığı yüksək qiymətləndirərək qeyd edib ki, UNİCEF xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınan qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, təhsil problemlərinin həlli istiqamətində müvafiq proqramlar həyata keçirib.Qeyd olunub ki, nümayəndəliyin ilk proqramları humanitar ehtiyacları və milli prioritetləri əhatə etsə də sonralar bu, müxtəlif illəri əhatə edən Ölkə Proqramları ilə əvəz edilib, Azərbaycan Respublikasının uşaqlarla bağlı dövlət siyasətinin, xüsusilə qaçqın və məcburi köçkün uşaqların sosial-müdafiə hüquqlarının təminatı sisteminin güclənməsinə öz töhfələrini verib.Dövlətimizin daxili siyasətində uşaq problemlərinin mühüm yer tutduğu bildirilən görüşdə vurğulanıb ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən UNİCEF-in yaxın tərəfdaşıdır. Bu əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. UNİCEF-lə işgüzar əməkdaşlıq uşaqların inkişafına dəyərli töhfələr verməklə yanaşı, onların maraqlarının təmin olunmasına yönəlib.Rəhbərlik etdiyi qurumun fəaliyyətinin müsbət qiymətləndirildiyinə, UNİCEF tərəfindən həyata keçirilən layihələrə verilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən qonaq Azərbaycanın uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox uğurlara imza atdığını deyib. O, ötən müddətdə Azərbaycanla əməkdaşlığın uşaq hüquqlarının müdafiəsində birgə və səmərəli səylər göstərilməsini yaxşı nümunə kimi dəyərləndirmiş və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.Sonda Baş nazirin müavini Əli Həsənov Mark Herevarda Azərbaycanda səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib və Afrika ölkəsinin regional nümayəndəliyinə direktor müavini təyin olunması münasibətilə onu təbrik etmiş, gələcək fəaliyyətində uğurlar diləyib.Görüşdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa iştirak edib.

sia.az

Digər xəbərlər