Bu gün Azərbaycan Milli QHT Forumunun yaranmasının 15-ci ildönümüdür. SİA-nın məlumatına görə, bu münasibətilə Azərbaycan Milli QHT Forumu və Sapfir oteller şəbəkəsinin təşkilatçılğı ilə sosial işi daim işıqlandıran və Vətəndaş cəmiyyətinin inkişafına dəstək verən KİV nümayəndələri üçün Səhər Furşeti təşkil olunub. Bu münasibətilə təşkil olunan mərasimdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, Azərbaycan Dövləti BMT ilə 1997- ci ildə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar memorandum imzaladı: "Bunun nəticəsi olaraq 11 iyun 1999-cu ildə Azərbaycan Milli QHT Forumunun yarandı. 95 QHT-nin təsisi ilə MQF-nin yaranması və bu illər ərzində ölkəmizdə vətəndaş cəmiyyəti inkişafı istiqamətində xidmət göstərməsi ölkəmizin ictimai tarixinə yeni səhifələr yazdı və Forum QHT hərəkatının avnqardı olaraq ölkəmizdə üçüncü sektorun inkişafına öz layiqli töhvələrini verdi.Bu gün Azərbaycanda və dünyada, QHT hərəkatında, həmçinin vətəndaş cəmiyyətində öz nüfuzu, dəsti-xətti və tarixi xidmətləri olan Milli QHT-nin 15 yaşı tamam olur. Bu münasibətlə MQF-nin yaranmasında, formalaşmasında və inkişafında xidməti olan bütün dövlət, ictimai və KİV nümayəndələrini, bütövlükdə vətəndaş cəmiyyətini Milli QHT Forumu və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm.Dövlətimizin inkişafı və xalqımızın rifahı, həmçinin vətəndaş cəmiyyətinin yüksəlişi, azad, demokratik və bütöv Azərbaycan naminə MQF və vətəndaş cəmiyyəti üzvlərinə,o cümlədən ölkə ictimayətinə və xalqımıza, dövlətimizə və millətimizə uğurlu gələcək və qələbələr arzulayırıq".Mərasimə bədii hissə ilə yekun vurulub.
sia.az