"Ermənistan tərəfinin bu cür fəndlərdən istifadə etməsi ilk belə hadisə deyil. Bütün bunların hamısı danışıqlar prosesinə və onunla bağlı indiki vəziyyətə təsir və təzyiq göstərməyə hesablanıb". Bunu SİA-ya Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistanın atəşkəs rejimini pozması və Naxçıvana qarşı təxribatçı hücum planlarına münasibət bildirərkən deyib.PA rəsmisinin sözlərinə görə, işğalçı dövlət vaxtaşırı olaraq müxtəlif məqamlarda koordinasiya olunurlar: "Hələ bir neçə müddət əvvəl ATƏT-in Minsk qrupu həmsədrləri də bura mütəmadi olaraq səfər edib. Bununla belə bir sıra dövlətlərin rəhbərləri, Fransanın prezidenti, Avropa Şurasının rəhbərləri də qeyd edirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün addımlar atmaq lazımdır. Hətta Fransa prezidenti Fransua Ollanda da deyib ki, onun ölkəsi də bu məsələdə çox fəal iştirak etməyə hazırdır. İndi həm Fransa, həm də ATƏT-in Minsk qrupunun həımsədrləri münaqişənin həlli ilə bağlı pis-yaxşı müəyyən təkliflər ortaya qoyurlar ki, bu istiqamətdə iş getsin. Bax bu, erməniləri müəyyən qədər təşvişə salır. Azərbaycanın mövqeyi ədalətli və konstruktivdir. Onlar isə bundan həmişə qaçırlar. Məhz buna görə də bu cür provokasiya xarakterli fikirlər səsləndirirlər ki, müəyyən mənada ümumi prosesə mane olsunlar".
sia.az