Bakıda keçiriləcək pauerliftinq üzrə Avropa çempionatında iştirak edəcək idmançılar iyunun 11-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn idmançılar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər qoymuşlar.
İyunun 11-dən 15-dək keçiriləcək çempionatda 27 ölkəni təmsil edən 300 idmançı mübarizə aparacaqdır.
AzərTAc