PDF Oxu

Siyasət

  • 26

Tahir Süleymanov: "Müstəqil Azərbaycanın inkişaf və quruculuq tarixi məhz 1993-cü il 15 iyundan başlayır"

Tahir Süleymanov: "Müstəqil Azərbaycanın inkişaf və quruculuq tarixi məhz 1993-cü il 15 iyundan başlayır"

"15 iyun Milli Qurtuluş Günü elə bir tarixi gündür ki, bu tarix hər zaman xatırlanmalı və həmişə deyilməlidir: "Ən azı, ona görə ki, müstəqil Azərbaycanın inkişaf tarixi və Azərbaycan dövlətinin quruculuq tarixi məhz 1993-cü il 15 iyundan başlayır". Bu fikirləri SİA-ya açıqlamasında Milət vəkili Tahir Süleymanov bildirib.

O, qeyd edib ki, 1988-ci ilin əvvəllərindən başlayaraq, Azərbaycanda bir dövlət strukturunun və idarəçilik sisteminin dağılması prosesi getməyə başladı. Bu proses, demək olar ki, 1992-ci ildə özünün ən pik nöqtəsinə çatmalı oldu: "Bununla da, Azərbaycanda dövlət idarəçiliyi tam dağılmış, süqut etmiş xaosun, anarxiyanın hökm sürdüyü bir vəziyyət yaratmışdır, vahid idarəçilik sistemi tamamilə məhv olmuşdu. Dövlət tamamilə dağılmış bir vəziyyətdə idi. Eyni zamanda, dövlətdə ayrı-ayrı vəzifə tutan şəxslərin özlərinin hərbi dəstələri mövcud idi. Bu, təkcə Surət Hüseynovun hərbi dəstələri deyildi. Onunla yanaşı, Rəhim Qazıyevə, İsgəndər Həmidova, Pənah Hüseynova, İsa Qəmbərova və Arif Hacıyevə tabe olan hərbi dəstələr idi. Məhz belə bir dövrdə Gəncədə məlum 4 iyun hadisələri baş verdi. 4 iyundan 15 iyuna qədər olan proseslər isə sanki, bir kinoxronikanı xatırladır. Çünki bu müddətdə olan hər gün və hər an deyilməli və xatırlanmalıdır. Bütün bunların hamısı isə ölkədə vətəndaş müharibəsinin başlanğıcı demək idi. Əgər iyunun 8 və 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlib, Gəncəyə getməsəydi, təbii ki, vətəndaş müharibəsi böyük vüsətlə alovlanacaqdı. Bir daha qeyd edim ki, Qusarda və cənub bölgəsində müəyyən silahlı birliklər vətəndaş müharibəsinin başlanmasına tam hazır idilər. Onların bu məsələdə yeganə məqsədi Azərbaycanı parçalamaq ibarət idi. Eyni zamanda, o vaxt Ayaz Mütəllibov da Rusiya rəhbərliyi ilə bu məsələdə razılığa gəlmişdi ki, Bakı və Şamaxı da daxil olmaqla, Rusiyanın tərkibində, onun rəhbərliyi ilə yeni bir quberniya yaradılsın. Bunun ardınca isə, ermənilər Yevlaxa qədər olan əraziləri zəbt etməyi planlaşdırırdılar. Bu proseslərin cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev çox böyük iradə nümayiş etdirərək, həyatını belə risk altında qoymaqdan çəkinməyərək, Naxçıvandan Bakıya və bunun ardınca isə, Gəncəyə yola düşdü. Ulu Öndər Heydər Əliyevin məhz o dövrdə belə bir cəsarətli addım atması böyük bir səriştənin bariz nümunəsi idi. Eyni zamanda, Azərbaycan xalqı və dövləti üçün böyük bir sevgi nümunəsi idi".

"Bundan sonrakı proseslərin nəticəsi olaraq, 15 iyunda Milli Məslis Ulu Öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi barədə qərar çıxardı"-deyə qeyd edən millət vəkili onu da vurğuladı ki, bu hadisədən sonra Azərbaycan dövlətçiliyinin əsası qoyuldu: "Qeyd edim ki, Azərbaycan dövləti və Azərbaycan xalqı 15 iyun 1993-cü il tarixi ilə ulu öndərin dərin zəkası və sarsılmaz iradəsi sayəsində birdəfəlik xaos və anarxiyadan qurtulmuş oldu. Səriştəsizlikdən, hakimiyyətsizlikdən, siyasi ambisiyalardan qurtularaq, millətin bir millət kimi, silinməsi təhlükəsinin üzərindən böyük cəsarətlə adlamış olduq".

sia.az

Digər xəbərlər