PDF Oxu

Siyasət

  • 20

Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır

Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami rayon Ağsaqqallar Şurası birgə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır.

O, bildirib ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub.

Çıxış edən Nizami rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilib. Qeyd olunub ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb.

Çıxış edən rayon ağsaqqalları 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini lazımınca dəyərlədirdiklərini yüksək qiymətləndirib, Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevi hər zaman dəstəklədiklərini diqqətə çatdırıblar.

Sonda Nizami rayon Ağsaqqallar Şurasının yeni üzvlərinə vəsiqələr və YAP Nizami rayon təşkilatının hədiyyələri təqdim edilib.

sia.az

Digər xəbərlər