Bu gün "Səs" qəzetinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin Aqrar Məsələlər Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə, "Azərbaycan" nəşriyyatının baş direktoru,YAP Siyasi Şurasının üzvü Ağabəy Əsgərov, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və digərləri iştirak ediblər.Dəyirmi masanın məqsədini diqqətə çatdıran "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, "Səs" qəzeti ənənəvi olaraq dövlətimiz və xalqımız üçün maraq kəsb edən, ictimai-siyasi hadisələrlə bağlı hökumət, dövlət nümayəndələrinin, millət vəkillərinin, siyasi və ictimai təşkilatların rəhbərlərinin, ziyalıların iştirakı ilə dəyirmi masa təşkil edir: "Jurnalistika tariximizdə böyük hadisələrdən olan bu kimi dəyirmi masaların keçirilməsi geniş ictimaiyyət arasında da marağa və diqqətə səbəb olub. Növbəti dəyirmi masa Azərbaycan tarixinə dövlətimizin və xalqımızın xilası günü kimi daxil olmuş 15 İyun Milli Qurtuluş Gününə həsr olunub".Milli Məclisin Aqrar Məsələlər Komitəsinin sədri Eldar İbrahimov isə hesab edib ki, 15 İyun Milli Qurtuluş günü Azərbaycan xalqının tarixində ən parlaq səhifələrdən biridir: "Ulu Öndər Heydər Əliyev məhz bu tarixdə xalqın böyük sevgisi və əhatəsi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanın düşmüş olduğu bəlalardan xilas edə bildi. Heydər Əliyev həmişə öz xalqı və dövləti üçün əlindən gələn heç bir işi əsirgəməyib. Xalqın təkidi ilə siyasi hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı düşmüş olduğu bütün bəlalərdan xilas etdi və xalqı xoşbəxt gələcək naminə böyük ideyalar ətrafında birləşdirdi".YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə vurğulayıb ki, ümumiyyətlə Azərbaycanın tarixində taleyüklü və gərgin anlar çox olub. O, 1993-cü ilin may və iyun aylarının həm faciəvi, həm də məsuliyyətli bir dövr olduğunu ifadə edib: "Azərbaycan parçalanaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri Azərbaycana qarşı ərazi iddiaları üçün əlverişli şərait əldə etmişdilər. Ayaz Mütəllibovun hakimiyyəti dövründə ağır olan vəziyyət 1992-ci ildə AXC-Müsavat iqtidarının dövründə fəlakət həddinə yaxınlaşmışdı. Cəmiyyətdə mənəvi aşınma prosesi başlandı, insan hüquqlarının tapdanması, başqa cür düşünənlərə fiziki təzyiq göstərilməsi adi hal aldı.Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov çıxış edərək deyib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində ən mühüm günlərdən biridir: "Ümumiyyətlə, biz bu gün müstəqillik günümüzü qazandığımız günlə bərabər tutmalıyıq. Çünki Ümummilli Lider Heydər Əliyevin özü də deyib ki, "müstəqilliyi qazanmaq asandır, amma onu qoruyub saxlamaq ondan daha da çətindir". Ümumiyyətlə çox mürəkkəb bir şəraitdə, ölkəmiz parçalanmaq təhlükəsiz ilə üzləşdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi. Heydər Əliyev bu çətin dövrdə Azərbaycanın həm daxili, həm də xarici siyasətinin təməlini qoydu. Biz bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həmin möhkəm təməl üzərində öz dövlətimizi, cəmiyyətimizi inkişaf erdiririk.Əgər siz dünyada gedən proseslərə nəzər salsanız və müqayisə etsəniz görərsiniz ki, dünyanın onlarla ölkəsində həddindən artıq gərgin bir vəziyyət hökm sürür. Amma Azərbaycanda 20 ildən artıq bir müddətdə sabitlik, təhlükəsizlik təmin olunub və eyni zamanda bu sabitliklə bərabər ölkəmizdə güclü inkişaf gedib. Bu, çox böyük nailiyyətdir. Amma çox təəssüsflər olsun ki, bunu dünyada görənlər də və buna qısqanclıqla yanaşanlar da var".Bu faciəli günlərdə xalq gözünü böyük oğluna - daim qəlbində və yaddaşında yaşatdığı Heydər Əliyevə dikmişdi. Xalqın yaddaşında Heydər Əliyev təkcə ötən əsrin 70-80-ci illərindəki quruculuq fəaliyyəti ilə deyil, eyni zamanda blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə yaşayırdı və onlara Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas verirdi".YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov isə bildirib ki, o vaxt Naxçıvan Muxtar Respublikası nəinki iqtisadi, eləcə də siyasi və informasiya blokasında idi: "Bu nəinki Azərbaycan Xalq Cəbhəsinin, eləcə də Ayaz Mütəllimovun dövründə də belə idi. Burada məsələ heç də Naxçıvanla bağlı deyildi, əksinə söhbət Ümummilli Lider Heydər Əliyevdən gedirdi ki, Onu informasiya blokdasına almaq lazım idi. O zaman yalnız iki qəzet – "Səs" və "İki Sahil" nəşr olunurdu. "Yeni Azərbaycan" qəzeti isə bir qədər onlardan sonra yarandı. Biz bu iki qəzet vasitəsilə hər vəchlə çalışırdıq ki, bu bokadanı yaraq. Təbii ki, orada müxtəlif təziqlər olurdu. Hətta o vaxt 5 nəfər 1993-cü ilin martın 31-də "Səs" qzəetinə hücum etdi. Buna baxmayaraq onlar layiqli cavablarını da aldı".YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan tarixinin Qurtuluş səhifəsini vərəqləyərək bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan, şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi ucbatından Azərbaycan adlı dövlətin varlığı sual altında qalmışdı: "Xalqın sabaha ümidi yox idi. Belə bir çətin vəziyyətdə xalqın yeganə xilaskarı ulu öndər Heydər Əliyev oldu. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. 15 iyun 1993-cü ilin tarixə Milli Qurtuluş günü kimi daxil olması Azərbaycan xalqının, dövlətinin xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan qurtulduğunu özündə ehtiva edir".V.Rəhimzadə bildirib ki, Azərbaycanın biri-birini əvəzləyən uğurları harda yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı sevindirməli, onları üzərilərinə düşən məsuliyyəti daha yüksək səviyyədə yerinə yetirmələrinə stimul verməlidir."Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsindən, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqsından danışıb. Qeyd edib ki, o zaman dövlətimizin qorunub saxlanılması azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması demək idi, qurtuluş demək idi.YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov diqqətə çatdırıb ki, tariximizə "Milli Qurtuluş Günü" kimi daxil olan 15 iyun 1993-cü il tarixi - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu: "Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı zəruri strateji addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu".Sonda isə YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə "Səs" qəzetinin rəhbərliyinə və qonaqlara təşəkkürünü bildirib. Vurğulayıb ki, Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib: "Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Sözsüz ki, bu birliyin kökündə, mayasında ölkədə gənclərin hərtərəfli inkişafına yaradılan şərait durur".Tədbir diskussiya şəklində davam etdirilib.
sia.az