PDF Oxu

Siyasət

  • 21

Londonda keçirilən beynəlxalq sammitdə Xocalı faciəsi ilə bağlı məlumat verilmişdir

Londonda keçirilən beynəlxalq sammitdə Xocalı faciəsi ilə bağlı məlumat verilmişdir

Londonda "Cinsi zorakılığa son" mövzusunda keçirilən beynəlxalq sammitin ekspertlər görüşündə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova Xocalı faciəsi ilə bağlı məlumat vermişdir.

Bildirilmişdir ki, 1992-ci il fevralın 26-da bir gecədə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qətliam nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüşdür. Bu vəhşilik nəticəsində yüzlərlə insan yurd-yuvasından didərgin düşmüşdür.

S.Manafova Xocalıda törədilən vəhşiliklərin uşaqların psixologiyasına təsiri haqqında da danışmışdır. Qeyd edilmişdir ki, bu qətliam zamanı yüzlərlə azyaşlının gözləri qarşısında onların ailə üzvlərinə zərər yetirilmiş, işgəncələr verilmişdir. Həmin uşaqların cəmiyyətə reinteqrasiyasından bəhs edən S.Manafova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etdiyini və beynəlxalq qurumların məsələ ilə bağlı ciddi tədbirlər görmədiyini diqqətə çatdırmışdır.

AzərTAc

Digər xəbərlər