PDF Oxu

Siyasət

  • 18

“Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

“Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

İyunun 12-də Bakıda Azərbaycan Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Vergilər" qəzetinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə birgə elan etdikləri "Heydər Əliyev və Azərbaycanda vergi siyasəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir vergi sistemi ilə bağlı yeniliklərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Qaliblər pul mükafatı və xüsusi diplomlarla təltif olunmuşlar.

AzərTAc

Digər xəbərlər