PDF Oxu

Siyasət

  • 21

Milli Qurtuluş Günü ərəfəsində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri bir daha xatırlanmışdır

Milli Qurtuluş Günü ərəfəsində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri bir daha xatırlanmışdır

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilmişdir.AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin akademiyadakı büstü önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və Ulu Öndərin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söhbət açmışdır. Bildirilmişdir ki, ölkəmizdə dərin siyasi-iqtisadi böhranın, xaos və anarxiyanın hökm sürdüyü günlərdə Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində ictimai-siyasi sabitlik bərpa olunmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır.

U. Ələkbərov Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yeni inkişaf strategiyasından danışmış, qazanılan uğurlar sayəsində ölkəmizin iqtisadi potensialının və nüfuzunun daha da artığını qeyd etmişdir. Vurğulanmışdır ki, dövlətimizin başçısı Azərbaycan təhsilinə və elminə də dəyərli töhfələr verir.

Sonra Qurtuluş Gününə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Hadi Rəcəbli qeyd etmişdir ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev Vətənin bu ağır günündə kənarda qala bilməzdi. O, xalqın təkidli çağırışını qəbul edib Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin məkrli planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmasının, vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Heydər Əliyevin bu xilaskarlıq missiyasının başlanğıcı Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Hadi Rəcəbli bu günün mənasına da diqqət çəkərək demişdir: Bununla biz ilk növbədə müstəqilliyimizi və dövlətçiliyimizi itirmək təhlükəsindən qurtulduq. Ulu Öndərin qətiyyətli addımları, müdrik qərarları sayəsində qardaş qırğınına, separatçılığa son qoyuldu. Millət Məclisin deputatı bu qurtuluşun məntiqi nəticəsi olaraq Azərbaycanda çoxpartiyalılığın yarandığını, söz və mətbuat azadlığının bərqərar olduğunu, həyatın bürün sahələrində köklü islahatlara, regional tərəqqiyə geniş yol açıldığını xüsusi vurğulamışdır.

Akademiyanın siyasi idarəetmə və politologiya kafedrasının müdiri Nigar Ələkbərova, beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müəllimi Namiq Axundov, Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov çıxış edərək bildirmişlər ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş, nicat yolu başlamış, bu böyük şəxsiyyətin Vətənin ağır günlərində öz xalqının yanında olması insanların itmiş inamını qaytarmış, onun qətiyyəti cəmiyyətdə böyük ruh yüksəkliyi doğurmuşdur.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini xatırlatmış, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılmış böyük nailiyyətlərdən bəhs etmişlər.

AzərTAc

Digər xəbərlər