"15 iyun Milli Qurtuluş günü" müstəqil Azərbaycan tarixinin parlaq səhifəsidir"
Dünən YAP Tərtər rayon təşkilatının təşkilatçılığı ilə partiyanın qərargahında "15 İyun Milli Qurtuluş Günü müstəqil Azərbaycan tarixinin parlaq səhifəsidir" mövzusunda tədbir keçirib. Rayon təşkilatının sədri Ramiz Şabanov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və Ulu Öndərin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söhbət açıbdır. Bildiribdir ki, ölkəmizdə dərin siyasi-iqtisadi böhranın, xaos və anarxiyanın hökm sürdüyü günlərdə Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində ictimai-siyasi sabitlik bərpa olunmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. R.Şabanov Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yeni inkişaf strategiyasından danışaraq, qazanılan uğurlar sayəsində ölkəmizin iqtisadi potensialının və nüfuzunun daha da artığını qeyd edib.
Məruzə ətrafında şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, Tərtər rayon peşə məktəbinin direktoru Faiq Məmmədov, YAP rayon təşkilatının şura üzvü Arzu Yaqubova, rayon statistika idarəsinin müdiri Ədalət Məmmədov və başqaları Vətənin ağır günündə xalqın təkidli çağırışını qəbul edərək Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışdılar. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılmış böyük nailiyyətlərdən ətraflı danışdılar.
R.HÜSEYNOVA