PDF Oxu

Siyasət

  • 24

15 İyun Milli Qurtuluş Günü və tarixi Qayıdış Günüdür

15 İyun Milli Qurtuluş Günü və tarixi Qayıdış Günüdür

YAP Sumqayıt şəhər təşkilatının Milli Qurtuluş Günü münasibəti ilə partiya təşkilatlarında yığıncaqlar keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə partiya təşkilatlarında yığıncaqları keçirilib. Sumqayıt şəhər Təhsil şöbəsində məktəb və məktəbdənkənar təhsil müəssisə ilk partiya təşkilatı sədrlərinin və müəssisə rəhbərlərinin partiya fəallarının iştirakı ilə 15 İyun Milli Qurtuluş Günü xalqın və müstəqil Azərbaycanın tarixində şərəfli və əbədi yadda qalan gün kimi qiymətləndirilib.

Yığıncaqda YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Fərman Kazımov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində bu gün dünyada güclü, qüdrətli Azərbaycan dövləti öz mövcudluğunu qoruyub-saxlamaqdadır. Yığıncaqda çıxış edən şəhər Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov isə öz çıxışında qeyd etdi ki, Ulu Öndərin öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycanın şərəf tarixinə yazılıb.

YAP Sumqayıt şəhər təşkilatının şura üzvü ilk partiya təşkilatının sədri Gülbahar Haqverdiyeva məruzə ilə çıxış etmiş, məruzə ətrafında şöbə Metodkabinetinin müdiri Sabir Məmmədov, 27 № tam orta məktəbin direktoru Əlifxan Məmmədov,1№ internat məktəbinin direktoru İsmayıl Məmmədov, 39 № tam orta məktəbin direktoru Bəxşeyiş Ələmşahov da öz fikirlərini bildirərək vurğulayıblar ki, bu gün Ulu Öndər Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan xalqı bu siyasəti hər zaman dəstəkləyəcək.

Milli Qurtuluş Günü ilə bağlı şəhərin səhiyyə müəssisə və idarələrinin ilk partiya təşkilatı sədrləri, müəssisə rəhbərlərinin və partiya fəallarının iştirakı ilə Sumqayıt şəhər Səhiyyə şöbəsinin akt zalında geniş yığıncaq keçirilmiş, iclasda YAP Sumqayıt şəhər təşkilatı sədrinin Qadınlarla iş üzrə müavini Səkinə Sadıxova, Ruhi Əsəb dispanserinin baş həkimi Mail Tağıyev,şəhərin baş pediatrı Xalidə Quliyeva çıxış edərək, 15 iyun 1993-cü il ərəfəsində ölkədə baş verənlərə qayıdaraq Ulu Öndərin siyasi hakimiyyətə qayıdışını müstəqil Azərbaycan dövlətinin parçalanması və itirilməsinin xilaskarı kimi qiymətləndirmişlər.

Sumqayıt şəhər Telekommunikasiya Qovşağının akt zalında şəhər təsərrüfat idarə və müəssisələrinin partiya fəallarının iştirakı ilə keçirilən iclasda şəhər partiya təşkilatının idarə heyətinin üzvü Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev 15 İyun Milli Qurtuluş Günü ilə bağlı ətraflı çıxış etmişdir. Yığıncaqda Təmizlik Departamenti ilk partiya təşkilatı sədri Ceyhun Məmmədov, Su kanal idarəsi ilk partiya təşkilatı sədri Qərib Səlimov və başqaları çıxış etmişlər.

Sumqayıt Texnologiyalar Parkında bu tarixi günlə əlaqədar YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Elmar Xəlilovun iştirakı ilə keçirilən yığıncaqda müəssisə direktoru Sahib Musayev, ilk partiya təşkilatı sədrinin müavini Rəsul Rəsulov çıxış etmiş, Ulu Öndərin həyat və fəaliyyətini o dövrdə ölkədə baş verən siyasi hadisələri,hakimiyyətdə xalq arasında yaranan uçurumdan, hökm sürən özbaşınalıqdan söz açmış, böyük Xilaskar Əbədiyaşar Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bağlı rolik-çarx nümayiş etdirilmişlər.

Yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi haqda söhbət açılmış, Azərbaycanı xilasa və müstəqil dövlətçiliyə aparan işıqlı yolun başlanğıcı kimi tarixə düşdüyü qeyd edilmiş,az müddətdə ölkədə yaradılan siyasi-ictimai və iqtisadi sabitlikdən həyatın bütün sahələrində aparılan geniş islahatlardan,xalqın rifah halının durmadan yaxşılaşdırılması naminə həyata keçirilən işlərdən böyük məmunluqla söz açılmış, Ulu Öndərin müstəqil Azərbaycanın memarı və qurucusu olduğu söylənilmişdir.

Yığıncaqlarda Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, ölkəmizin davamlı inkişafı və tərəqqisi doğma vətənimizin dünyada durmadan artan beynəlxalq nüfuzundan və Ulu Öndərimizin müəyyən etdiyi siyasi-iqtisadi kursunun və inkişaf yolunun alternativsizliyi bildirilmişdir.

Şəhər təşkilat ,idarə və müəssisələrində 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar yığıncaqlar və tədbirlərin keçirilməsi davam etdirilməkdədir.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər