PDF Oxu

Siyasət

  • 15

YAP Ağdam rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günü qeyd olunub

YAP Ağdam rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günü qeyd olunub

Dünən YAP Ağdam rayon təşkilatı Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib. Tədbirdə rayon gənclər təşkilatının üzvləri, orta ixtisas kolleclərinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusu ətrafında çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixini yaratdığını qeyd edib. O bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrdə ölkəmizin inkişaf yolunu müəyyənləşdirib: "Ümummilli Lider elə bir dövrdə siyasi hakimiyyətə qayıdıb ki, Azərbaycan artıq dünya xəritəsindən silinmə təhlükəsi altında idi. Bu gün qədirbilən xalqımız müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını böyük təntənə ilə qeyd edirlər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyətə başlaması Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərtlərdən olmuşdur. Onun siyasi xətti bu gün ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Hamlet Cəfərov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını tarixi hadisə olduğunu bildirərək Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmlənməsində əməyinin önəmli olduğunu bildirdi. O öz çıxışında Ulu Öndər Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yoluna da nəzər saldı:"Yenicə müstəqillik qazanmış Azərbaycan çox çətin vəziyyətdə idi. Həmin dövrdə hakimiyyətdə olan qüvvələr isə ölkəni daha da fəlakətə sürükləyirdi. Ancaq dahi siyasətçi olan Heydər Əliyev ölkənin düşdüyü bu vəziyyətinə biganə qala bilməzdi. Məhz bunun nəticəsi olaraq xalqın təkidi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və ölkəni düşdüyü bu uçurumdan xilas etdi".

Tədbirdə çıxış edən YAP fəalları Ulu Öndər Heydər Əliyevin ölkənin çətin və ağır bir dövründə hakimiyyətə qayıdışını və ölkəmizin beynəlxalq aləmdə tanıdılmasının məhz bu Qayıdış nəticəsində baş verdiyini bildiriblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin siyasətini daima dəstəklədiklərini diqqətə çatdırıblar.

Tədbirin sonunda iştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyatını və siyasi hakimiyyətə qayıdışını özündə əks etdirən videoçarx təqdim olunub.

ZÜMRÜD

Digər xəbərlər