PDF Oxu

Siyasət

  • 13

Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksəkdir

Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksəkdir

YAP İsmayıllı rayon təşkilatı qadınlar şurası rayonun fəal qadınlarının iştirakı ilə "İslam dini və Azərbaycanda qadın hüquqlarının müdafiəsi" mövzusunda dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb:"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan qadın siyasəti Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan qadınları ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, gündən-günə daha da fəallaşır, ölkəmizin sürətli inkişafına öz misilsiz töhfələrini verirlər. Bu gün ölkəmizdə aparılan qadın siyasəti bütün normativ-hüquqi aktlara və beynəlxalq prinsiplərə uyğun həyata keçirilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan qadını cəmiyyətin əsas parçasına, önəmli faktoruna çevrilib".

Rayon təşkilatının sədri Azərbaycan qadınlarının ictimai həyatda rolunu bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verdiyini bildirdi.

Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədr müavini Gülnar Mikayılova qeyd edib ki, qucağı tərbiyə, inkişaf beşiyi kimi tanınan, hüquqları ilahi hüquqlar sırasında əks olunan Azərbaycan qadınları öz zəkası, nüfuzu və müdrikliyi ilə bəşər tarixində özünəməxsus iz salıblar. Ta qədimdən Azərbaycan qadını cəmiyyətin inkişafında və idarəçiliyində fəal iştirak edib və görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişib. G.Mikayılova onu da bildirib ki, respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlib və fəaliyyətləri genişlənib. Ümummilli Lider Heydər Əliyevin qadın siyasətinin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.

Tədbirdə çıxış edən İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, ilahiyyatçı Vasif Teymurov, fəal qadınlar Şəmsiyyə Əhmədova, Ceyran Məmmədova, Nailə Abdullayeva, Təranə Hacıyeva və başqaları qeyd ediblər ki, Azərbaycan qadınlarının öz hüquqları var və qadın hüquqları toxunulmazdır. Kişilər kimi qadınlar da təhsil, əmək, sosial və digər sair bu kimi hüquqlara malikdirlər. O da bildirilib ki, islam dini yaranmazdan öncəki zamanda qadın hüquqlarından, onların müdafiəsindən söhbət açmaq qeyri-mümkün idi. İslam dini yer üzündə baş verən haqsızlıqlara, ədalətsizliyə son qoydu. İslam dini hüquqları əllərindən alınmış qadınlara azadlıq verdi və cəmiyyətdə ədaləti bərpa etməyə, insanların haqqın yoluna qayıtmasına təkan oldu. Qeyd olundu ki, qadınların dövlət qurumlarında daha yüksək pillələrə irəli çəkilməsi, onların bilik və bacarığından istifadəsi məqsədilə böyük işlər görülür. Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər