PDF Oxu

Siyasət

  • 29

Eldar İbrahimov: "Heydər Əliyev uzaqgörən və cəsarətli şəxsiyyət idi”

Eldar İbrahimov: "Heydər Əliyev uzaqgörən və cəsarətli şəxsiyyət idi”

"Təbii ki, Qurtuluş Günü heç də asanlıqla bu günə gəlib çıxmayıb, çox ağır gərgin yollardan keçib". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar Məsələlər Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov 15 iyun Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bildirərkən deyib. Komitə sədri deyib ki, o vaxt Ulu Öndər Heydər Əliyev müəyyən səbəblərə görə, doğulduğu Naxçıvana qayıtdı: "1990-cı ilin payızında Naxçıvan Ali Sovetinə seçkilər keçirildi və Ulu Öndər Heydər Əliyev həm Azərbaycan Respublikasının, həm də Naxçıvan Ali Məclisinin deputatı seçildi. Bildiyimiz kimi, həmin dövrdə Naxçıvan blokada şəraitində olan bir bölgə olmaqla yanaşı, hər an Ermənistan təcavüzünə məruz qalmaqla üz-üzə idi. Eyni zamanda, daxildə də çox böyük gərginlik var idi. İnsanlar çox çətin və ağır durumda yaşayırdı. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyası keçirildi və bu sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul olunmuş üçrəngli bayrağı Naxçıvanda qaldırıldı. Ulu Öndər Heydər Əliyev üçrəngli bayrağımızı qaldırmaqla Azərbaycanın müstəqilliyinin ikinci dəfə əsasını qoydu. Bu gün həmin 162 metr hündürlüyündə olan və dünyanın ən hündür bayrağıdır ki, Azərbaycanın paytaxtında Bakı şəhərində dalğalanır. 1991-ci ildə Ali Sovetin sessiyası ilə bağlı Bakıya gəldik. Həmin vaxtlar Azərbaycanın bütün bölgələrində vəziyyət çox gərgin idi.Dahi Öndər Heydər Əliyev həmin ilin 6-7 martda çıxışında Dağlıq Qarabağla bağlı "Bizim yolumuz Azərbaycanın müstəqilliyidir" fikirini irəli sürdü. Bütün bunlara baxmayaraq, o vaxtkı rəhbərlik mart ayının 17-də ümumxalq refrendumu keçirmək fikri ilə çıxış etdi. Lakin biz Naxçıvanda buna getmədik və zaman da göstərdi ki, Heydər Əliyevin bu addımı Azərbaycanın müstəqilliyinin əldə olunması baxımından önəmli addım olub. Müəyyən müddət keçdikdən sonra 19 avqustda sovet hakimiyyəti dağıldı və bir daha Heydər Əliyevin haqlı olduğu sübut olundu. 1991-ci ildən məlum olduğu kimi, Naxçıvan həm iqtisadi, həm siyasi cəhtdən ağır proseslər keçirirdi. Sözün əsil mənasında Ermənistan rəhbərliyi ilə bərabər Azərbaycan rəhbərliyi də Naxçıvanı blokadaya salmışdı və 1991-ci il 3 sentyabr bizim tariximizin ən önəmli səhifələrindən biridir ki, bu tarixi gündə Heydər Əliyevi Ali Sovetə Sədr seçdik. Onu da qeyd edim ki, 1990-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qaldırarkən Ali Sovetin adı Ali Məclislə əvəz edildi və Heydər Əliyev Sədr seçildikdən sonra ilk növbədə Naxçıvanın təhlükəsizliyini təmin etmək üçün müdafiə komitəsi yaratdı və bundan sonra İran və Türkiyə ilə əlaqələrin qurulmasına başladı. Bununlada 350 minlik Naxçıvan əhalisi İran və Türkiyənin yardımları ilə dolanmağa başladı. Bütün bunlar Heydər Əliyevə qonşu dövlətlərin hörmətinin nəticəsi idi. Bir faktı da xatırlatmaq istərdim ki, o vaxt İran prezidenti Rəfsancani öz şəxsi təyyarəsini Naxçıvana göndərdi və Heydər Əliyev həmin təyyarə ilə İrana səfər etdi. Eyni zamanda, məhz həmin illərdə Türkiyə prezidenti Süleyman Dəmirəlin Naxçıana gəlməsi Heydər Əliyevin Türkiyəyə səfəri - bütün bunlar məhz dünya dövlətlərinin Heydər Əliyevə böyük hörmətinin nəticəsi idi. Heydər Əliyev çox uzaqgörən, cəsarətli şəxsiyyət idi, dahi idi.Əgər yadınızdadırsa, 1992-ci ilin 18 mayında keçirilən sessiyada Arif Rəhimzadə ilə mən Ulu Öndər Heydər Əliyevin namizədliyini irəli sürdük. Eyni zamanda Azərbaycanın həqiqi vətənpərvər ziyalıları yığışaraq Azərbaycan xalqının xilası üçün əhəmiyytəli siyasi qərar qəbul etdilər. Bu qərar Yeni Azərbaycan Partiyasının yaradılması idi. Beləliklə, biz yeni partiyanın yaradılması üçün hazırlıq işlərinə başladıq. Amma partiyanın yaradılmasına bir ay qalmış, yəni 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş edilməyə cəhd edildi Onlar Daxili İşlər Nazirliyini və Dövlət Televiziyasının binasını tutdular. Heydər Əliyevi məhv etmək üçün istənilən hərəkətə əl atırdılar. AXC-Müsavat hakimiyyəti bunu ona görə edirdi ki, özləri çox səriştəsiz və qabiliyyətsiz siyasətçilər idilər. Rəhbərlikdən başı çıxmayan bu şəxslərin Ulu Öndər Heydər Əliyevi siyasətdən uzaqlaşdırmaq istəklərinin əsil mahiyyəti beləliklə ortaya çıxır. Bütün insanlar kömək üçün üzünü məhz Heydər Əliyevə tutmuşdu. O zaman Zəngilandan olan əsirlərin azad olunmasında da Ulu Öndər Heydər Əliyevin xidməti var. Hakimiyyətdə təmsil olunan səriştəsiz rəhbərlər də Heydər Əliyevə olan inamı qısqanır və qəbul edə bilmirdilər. Ona görə də, çalışırdılar ki, Heydər Əliyevi sıradan çıxarıb, maymaq idarəçiliklərinə davam etsinlər.Onların bu cəhdlərinə baxmayaraq, bütün Naxçıvan əhalisi Heydər Əliyevin müdafiəsi məqsədilə Ali Məclisin qarşısına yığışdılar. Onlar anlayırdılar ki, Heydər Əliyevə olan xalq inamını və məhəbbətini heç bir zaman qıra bilməzlər. Eyni zamanda onların ikinci düşməni özlərinin yetişdirdikləri Surət Hüseynov idi. Onun böyük diviziyası var idi və ondan ehtiyat edirdilər. S.Hüseynov deyirdi ki, istənilən vaxt Prezident Aparatını dağıda və onları dar ağacından asa bilərəm. 1993-cü ilin fevral ayında S.Hüseynov Rəhim Qazıyevlə birləşdi. Bundan sonra vəziyyət getdikcə gərginləşməyə başladı. O zamankı hakimiyyət də birinci növbədə bunları aradan götürmək qərarına gəldi. Bu cəhdlər də 4 iyun Gəncə hadisələrinin baş verməsinə gətirib çıxardı. Bu hadisə zamanı nə telefon xidməti, nə də televiziya kanalları işləyirdi. Naxçıvan əməlli-başlı blokada vəziyyətində idi.Həmin gün Naxçıvan əhalisi yığışaraq Ali Məclisi qorudu, Heydər Əliyevi qorudu. Bunun ardınca isə, Gəncə hadisələri baş verdi və bu hadisələr zamanı Azərbaycan xalqı ayağa qalxdı. Belə bir vaxtda Yeni Azərbaycan Partyiasının rayonlarda ilk təşkilatları yarandı. Regionlarda təşilatların yaranması da ölüm-dirim mübarizəsi demək idi. Çünki Xalq Cəbhəsi Yeni Azərbaycan Partiyasına xalqın axınını görərək, hər cür təzyiq formalarından istifadə edirdi. Ümumiyyətlə, götürdükdə qeyd etmək istərdim ki, Azərbaycan xalqının səfərbər edilməsində Yeni Azərbaycan partiyasının xüsusi rolu danılmazdır. 1993-cü ildə Azərbaycan xalqı ayağa qalxdı və bununla da Ulu Öndər Heydər Əliyevin 9 iyunda ikinci dəfə Bakıya qayıdışı oldu. Dahi şəxsiyyət Heydər Əliyev 15 iyunda Ali Sovetin Sədri seçildi və bununla da Azərbaycanın dünya xəritəsinldən silinməsindən, qardaş qırğınından qurtulmuş oldu".

sia.az

Digər xəbərlər