Bu gün YAP Gənclər Birliyi 15 iyun - Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, partiyanın rayon təşkilatlarının gənclər birliklərinin sədrləri və üzvləri iştirak ediblər.Tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açaraq bildirib ki, müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asanlıqla çatmayıb. Seymur Orucov 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı ətraflı məlumat verib.Daha sonra Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov Azərbaycanın qanı bahasına başa gələn müstəqilliyi haqda məlumat verib. Diqqətə çatdırıb ki, müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasına yaxınlaşan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşıb. Lakin Ulu Öndər Heydər Əliyevin apardığı düzgün siyasət nəticəsində Azərbaycan artıq özünü dünyaya tanıdıb.Qeyd edək ki, sonda professor Zahid Qaralov 15 İyun Qurtuluş günü ilə bağlı YAP gənc üzvlərinin suallarını cavablandırıb. Eyni zamanda Milli Qurtuluş gününə həsr olunan gənc rəssamların əsərlərindən ibarət müsabiqədə qalib gələn gənclərə diplom və sertifikatlar verilib.
sia.az