PDF Oxu

Siyasət

  • 21

Bəhreynin baş naziri və vəliəhdi OANA İcraiyyə Komitəsinin iclasının iştirakçılarını qəbul etmişlər

Bəhreynin baş naziri və vəliəhdi OANA İcraiyyə Komitəsinin iclasının iştirakçılarını qəbul etmişlər

Bəhreyn Krallığının baş naziri Xəlifə bin Salman Al Xəlifə ölkənin BNA dövlət xəbər agentliyinin ev sahibliyi ilə keçirilən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 37-ci iclasının iştirakçılarını qəbul etmişdir.

Baş nazir müasir dövrdə informasiyanın düzgün ötürülməsində xəbər agentliklərinin üzərinə düşən vəzifələrin əhəmiyyətini vurğulamış, jurnalistləri daha diqqətli olmağa və peşəkarlıq prinsiplərinə daim sadiq qalmağa çağırmışdır.

Vəliəhd, Ali Komandanın müavini, baş nazirin birinci müavini Salman bin Həməd Al Xəlifə ilə görüşdə isə OANA-nın fəaliyyətindən danışılmış, agentliklər arasında əlaqələrin önəmi bir daha vurğulanmış və İcraiyyə Komitəsinin 37-ci iclası çərçivəsində OANA-FANA (Ərəb Xəbər Agentlikləri Federasiyası) formatında keçiriləcək tədbirin hər iki alyansa daxil olan agentliklər arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcəyinə inam ifadə edilmişdir.

AzərTAc

Digər xəbərlər